"Qarabağ"ın "Napoli"dən xal ALMAQ ŞANSLARI
Bu gecə UEFA Çempionlar Liqasının 5-ci turunda "Napoli" – "Qarabağ" oyunu baş tutacaq.
BAKU.WS-in məlumatına görə, səfər qarşılaşmasından xalla qayıdacağı mətin görünsü də heç də mümkünsüz deyil.
İtaliya təmsilçisi son oyunlarda müdafiədə nizam-intizamlı təsir bağışlasa da, hücum xəttində qeyri-sabitlik yaşayır. "Qarabağ" isə ardıcıl beş matçdır məğlub olmur və yaxşı formadadır.
Matç üzrə proqnozlar və əmsallar
Bukmeker şirkətləri qarşılaşmada üstünlüyü meydan sahibi "Napoli"yə verir.
"Napoli"nin qələbəsinə – 1.30
"Qarabağ"ın qələbəsinə – 9.50
Heç-heçəyə – 5.75
Qol ehtimalı barədə:
2.5-dən çox qol – 1.50
2.5-dən az qol – 2.40
Hər iki komandanın qol vurması – 1.94
İtaliya klubu son 5 oyunda orta hesabla cəmi 0.80 qol vurub, lakin eyni zamanda orta hesabla 0.60 qol buraxıb. Yəni, müdafiə yaxşıdır, amma hücumun effektivliyi aşağıdır. Üstəlik, komandanın əsas problemlərindən biri budur ki, hücumlar çox vaxt cinahlardan qurulsa da, son nəticə uğursuz alınır.
"Napoli"də ciddi itkilər də var:
Lukaku, Spinazzola, De Bruyne, Anguissa, Gilmour, Meret – hamısı zədəlidir.
İtaliya təmsilçisi ilə müqayisədə Azərbaycan çempionu daha stabil oyun nümayiş etdirir. "Qarabağ"ın son 5 oyunda məğlubiyyəti yoxdur.
Orta hesabla 2.00 qol vurur.
Orta hesabla 0.80 qol buraxır.
"Qarabağ" hücumda sürət, pressinq və topu vertikal saxlamaqla rəqib üçün təhlükə yaradır. Komandada Kadidən başqa itki yoxdur – Zubir, Yankoviç, Duran, Andrade kimi oyunçular yaxşı formadadır.
"Qarabağ"ın "Napoli"yə qarşı qələbə şansı – real dəyərləndirmə
Aparılan statistika və analizlər göstərir ki, hərçənd bukmekerlər "Napoli"ni aşkar favorit kimi göstərir, "Qarabağ"ın hesabdan pay götürmə ehtimalı real görünür.
Əsas amillər:
"Napoli"nin zəif cəhətləri,
Hücum xəttinin qeyri-sabitliyi,
Son oyunlarda aşağı məhsuldarlıq,
Çoxsaylı zədələr,
"Qarabağ" kimi sürətli komandalara qarşı çətinlik çəkmələri.
"Qarabağ"ın üstünlükləri:
Beş oyundur məğlub olmur,
Hücumda sabitlik (orta 2 qol),
Fiziki hazırlığın yüksək olması,
Psixoloji üstünlük – komanda özünə inanır.
Qeyd edək ki, "Napoli"nin qələbə qazanmaq şansı təxminən 65% göstərilir. Heç-heçə ehtimalı isə 20%-dir. "Qarabağ"ın qələbə şansı 15%-dir.
Bu rəqəmlər göstərir ki, "Qarabağ"ın qalib gəlməsi çətin görünür, amma sensasiya ehtimalı tam realdır – xüsusilə də "Napoli"nin hücumdakı problemləri və itkiləri fonunda.
Oxşar xəbərlər
"Napoli" - "Qarabağ" oyunu təxirə salınır?
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində İtaliyada keçiriləcək "Napoli" - "Qarabağ" oyunu pis hava şəraiti səbəbindən təxirə salına bi...