"Qarabağ" Zubirə əvəzləyici tapdı
Müqavilə ilə "Srvena Zvezda"ya məxsus olan və icarə əsasında Türkiyə Superliqası təmsilçisi "Karagümrük"də çıxış edən Şavi Babika karyerasını Azərbaycanda davam etdirə bilər.
BAKU.WS Sport1.az-a istinadla xəbər verir ki, qabonlu sol cinah vingerlə "Qarabağ" maraqlanır.
Ağdam klubu hücumun hər nöqtəsində çıxış edə bilən 25 yaşlı oyunçunu Abdullah Zubirin əvəzedicisi olaraq görür.
Qeyd edək ki, Qabon millisinin də üzvü olan Şavi karyerası ərzində "Aris" və "Tuluza" kimi komandaların da şərəfini qoruyub. Onun Serbiya təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.
Oxşar xəbərlər
Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq
"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya çempionatının VI turunda "Leyptsiq"ə qarşı keçiriləcək oyunda iştirak etməyəcək. BAKU.WS report-a istinadən xəbər v...