"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

Qarabağ UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
İdman 121

"Qarabağ" bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İslandiyanın "Vestri" komandası ilə üz-üzə gələcək.

BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi səfərdə keçiriləcək görüşdə növbəti mərhələyə vəsiqəni rəsmiləşdirməyə çalışacaq.

Reykyavikdə yerləşən "Torfnesvöllur" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçın baş hakimi Çexiyadan olan FIFA referisi Marek Radina olacaq.

Komandalar arasında Bakıda baş tutan ilk oyunda "Qarabağ" rəqibini 3:0 hesabı ilə məğlub edərək cavab görüşü öncəsi ciddi üstünlük əldə edib.

Ağdam klubu bu mərhələni uğurla adlayacağı təqdirdə, II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) və İrlandiyanın "Derri Siti" komandaları arasında keçirilən cütün qalibi ilə qarşılaşacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi

Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...

36 İdman 21:12 23 oktyabr 2026

Son xəbərlər