"Qarabağ"ın Avropa Liqasının I təsnifat mərhələsindəki potensial RƏQİBLƏRİ

Qarabağın Avropa Liqasının I təsnifat mərhələsindəki potensial RƏQİBLƏRİ
İdman 82

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

BAKU.WS klubun mətbuat xidmətinə istinaədən xəbər verir ki, oyunları iyulun 9-da və 16-da keçiriləcək mərhələdə ümumilikdə 12 komanda mübarizə aparacaq.

Bu komandalar püşkatmada reytinqinə əsasən iki səbətə bölünəcək. "Qarabağ", həmçinin "Ferentsvaroş" (Macarıstan), "Dinamo" (Kiyev, Ukrayna), "Hayduk" (Xorvatiya), MOİK (Bolqarıstan) və "Şerif" (Moldova) səpələnmişlər sırasında olacaq.

Mümkün rəqiblərin qərarlaşdığı səpələnməmiş səbətində isə aşağıdakı komandalar yer alıb: "Jilina" (Slovakiya), "Voyvodina" (Serbiya), "Universtatya" (Kluj, Rumıniya), "Aluminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya), "Vestri" (İslandiya).

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Ertəsi gün II təsnifat mərhələsinin püşkatması olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi

Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...

36 İdman 21:12 23 oktyabr 2026

Son xəbərlər