"Qarabağ" bu gecə "Napoli"nin qonağı olacaq
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində V turun oyunlarına start veriləcək. İlk oyun günündə ümumilikdə doqquz qarşılaşma keçiriləcək.
BAKU.WS-in məlumatına görə, bu tur bir sıra maraqlı duellərlə yadda qalacaq.
Gecənin ən çox diqqət çəkən görüşlərindən biri isə "Napoli" – "Qarabağ" matçı olacaq. Qarşılaşma Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda keçiriləcək
Bundan əlavə "Qalatasaray" Belçikanın "Royal Union" komandasını qəbul edəcək, "Ayaks" isə "Benfika" ilə qarşılaşacaq.
Digər oyunlarda "Budyo Qlimt" – "Yuventus", "Çelsi" – "Barselona", "Borussiya Dortmund" – "Vilyarreal", "Mançester Siti" – "Bayer Leverkuzen", "Marsel" – "Nyukasl Yunayted" və "Slaviya Praqa" – "Atletik Bilbao" görüşləri baş tutacaq.
25 noyabr – UEFA Çempionlar Liqası, V tur
21:45 – "Qalatasaray" – "Royal Union"
21:45 – "Ayaks" – "Benfika"
26 noyabr
00:00 – "Napoli" – "Qarabağ"
00:00 – "Budyo/Qlimt" – "Yuventus"
00:00 – "Çelsi" – "Barselona"
00:00 – "Borussiya Dortmund" – "Vilyarreal"
00:00 – "Mançester Siti" – "Bayer Leverkuzen"
00:00 – "Marsel" – "Nyukasl Yunayted"
00:00 – "Slaviya Praqa" – "Atletik Bilbao"
Oxşar xəbərlər
Qurban Qurbanov: "Napoli" çox ciddi rəqibdir
"Sabah bizi vacib oyun gözləyir. "Napoli" çox ciddi rəqibdir". BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov U...