"Qalatasaray" Osimhen üçün "Napoli" ilə razılıq əldə edib
Türkiyənin aparıcı futbol klubu "Qalatasaray", nigeriyalı ulduz hücumçu Viktor Osimhenin transferi üçün İtaliya təmsilçisi "Napoli" ilə razılığa gəlib.
BAKU.WS xəbər verir ki, məlumatı tanınmış futbol jurnalisti Ben Ceykobs öz sosial media hesabında paylaşıb.
Onun sözlərinə görə, İstanbul klubu 75 milyon avro məbləğindəki təklifi ilə Neapol təmsilçisini razı salıb və tərəflər artıq şifahi razılaşma mərhələsinə keçiblər.
Xatırladaq ki, 26 yaşlı forvard ötən mövsüm icarə əsasında "Qalatasaray"ın formasını geyinmişdi. O, 41 oyunda 37 qol və 8 məhsuldar ötürmə ilə parlaq çıxış göstərərək həm azarkeşlərin, həm də klub rəhbərliyinin rəğbətini qazanmışdı.
Transferin yaxın günlərdə rəsmiləşdirilməsi və Osimhenin "Cim-Bom"la uzunmüddətli müqavilə imzalaması gözlənilir.
Oxşar xəbərlər
Əliyar Ağayev Azərbaycana qayıda bilmir - SƏBƏB
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev çətin vəziyyətlə üzləşib. BAKU.WS Sportal.az-a istinadən xəbər verir ki, referi Azərbaycana geri qayıda bilmir. Belə ki...