"Qalatasaray" Batrakov üçün "Lokomotiv"lə razılığa gəldi
Türkiyənin "Qalatasaray" klubu Moskva "Lokomotiv"ində çıxış edən Aleksey Batrakovun transferi ilə bağlı razılığa gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə türkiyəli jurnalist Erol Evçen "X" hesabında məlumat yayıb.
Bildirilir ki, İstanbul təmsilçisi həm 21 yaşlı yarımmüdafiəçi, həm də "Lokomotiv" klubu ilə transferin şərtləri barədə tam razılıq əldə edib.
"Lokomotiv" akademiyasının yetirməsi olan Batrakov cari mövsümdə klubunun heyətində 5 matçda meydana çıxıb. O, bu görüşlərdə 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı rusiyalı futbolçunun bazar dəyərini 28 milyon avro qiymətləndirir. Batrakovun "Lokomotiv"lə müqaviləsi 2029-cu ilin iyununun sonuna qədər qüvvədədir.
Daha əvvəl yayılan məlumatlara görə, "Qalatasaray" 21 yaşlı futbolçunun transferi üçün bonuslar da daxil olmaqla təxminən 28 milyon avro ödəyə bilər.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib
"Neftçi" Azərbaycan Basketbol Liqasının II turunda "Ordu"nu məğlub edib. BAKU.WS xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş "Neftçi"nin 83:79 hesablı...