Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib

Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib
İdman 12

Bakıda baş tutacaq qadın voleybolçular arasında Avropa çempionatı (CEV EuroVolley 2026) çərçivəsində həyata keçirilən könüllülük proqramına qeydiyyat və seçim prosesi uğurla yekunlaşıb.

Azərbaycan Voleybol Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, proqrama müraciət edən 2 minə yaxın iştirakçıdan 250-si müsahibə və qiymətləndirmə mərhələlərini uğurla tamamlayaraq turnirin təşkilində könüllü kimi fəaliyyət göstərmək hüququ qazanıb.

Seçilən könüllülər qarşıdakı günlərdə təlim proqramlarına cəlb ediləcəklər. Təlimlər zamanı iştirakçılar yarışın təşkili, akkreditasiya, media əməliyyatları, protokol, logistika, tamaşaçı xidmətləri, komanda və qonaqlarla ünsiyyət, eləcə də beynəlxalq idman tədbirlərində tətbiq olunan iş prinsipləri barədə nəzəri və praktiki biliklər əldə edəcəklər.

Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı avqustun 21-dən sentyabrın 6-dək Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə keçiriləcək. Turnirin Bakıda təşkil olunacaq C qrupunun oyunları isə 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan yığması Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər