"PSV Eyndhoven"dən inanılmaz ÇEMPİONLUQ
"PSV Eyndhoven" son oyunlarda inamlı qələbələr sayəsində Niderland çempionu olmağı bacarıb.
BAKU.WS xəbər verir ki, son 5 həftəyə 9 xallıq geriləmə ilə daxil olan PSV, "Ayaks"ın bir-birinin ardınca xal itirməsi nəticəsində çempion olub.
Son 7 matçda qalib gələn" PSV Eindhoven" 26-cı çempionluğuna yüksəlib.
Hollandiya Erediviziyasında son həftənin oyunları keçirilib və möcüzəvi şəkildə PSV Eindhoven çempion olub.
Qeyd edək ki, "Ayaks" 4 həftə ərzində 10 xal itirərək mövsümü ikinci pillədə tamamlayıb.
"PSV Eindhoven" səfərdə "Sparta Rotterdam"ı 3:1 hesabı ilə məğlub edərək çempion olub.
PSV-yə çempionluq gətirən qolları 84-cü dəqiqədə 35 yaşlı İvan Perişiç, 36 yaşlı Luuk de Yonq və Malik Tilman vurub.
Oxşar xəbərlər
Kilian Mbappeni oğurlamaq istəyən cinayətkar qrup ifşa edildi
Fransada futbol üzrə milli komandanın ulduz hücumçusu Kilian Mbappeni oğurlamağı planlaşdıran 18 yaşlı gənc həbs edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir...