PSJ rəhbərliyi Luis Enrikedən razıdır: "O, dünyanın ən yaxşı məşqçisidir"
Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xelaifi komandanın baş məşqçisi Luis Enrike barədə yüksək fikirlər səsləndirib.
BAKU.WS xəbər verir ki, klub rəhbəri yerli mətbuata açıqlamasında ispan mütəxəssisin fəaliyyəti və gələcəyi ilə bağlı sualları cavablandırarkən tərəflər arasında əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.
Əl-Xelaifinin sözlərinə görə, Luis Enrike həm klubdakı işindən, həm də Parisdəki həyatından məmnundur:
"Luis Enrike PSJ-də çalışmaqdan qürur duyur. Biz də onun gördüyü işləri yüksək qiymətləndiririk və onunla əməkdaşlıq etməkdən məmnunuq. Mənim fikrimcə, o, hazırda dünyanın ən güclü məşqçilərindən biridir".
Qeyd edək ki, Luis Enrikenin PSJ ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Fransa mətbuatının yaydığı məlumata əsasən, tərəflər yeni müqavilə üzərində danışıqlar aparır və əməkdaşlığın 2030-cu ilədək uzadılması ehtimalı nəzərdən keçirilir.
Oxşar xəbərlər
Avropa çempionatı: Azərbaycan millisinin rəqibi Çexiya yığması oldu
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin cütləri bəlli olub. BAKU.WS xəbər verir ki, bu, 1/8 finalın son oyunlarından s...