PSJ-nin əsas oyunçularından biri sıradan çıxdı
"Paris Saint-Germain"in əsas oyunçularından biri sayılan Xviça Kvaratsxeliyanın zədəsi ağırdır.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Luis Enrike danışıb.
O bildirib ki, futbolçunun zədəsi topuğu ilə bağlıdır:
"Zədə səbəbindən daha bir vacib oyunçunu itirdik; cümə axşamı testlərdən keçməliyik. Bu, onun topuğudur və bu, çətindir".
Xatırladaq ki, 24 yaşlı Kvaratsxeliya 2025-ci ilin yanvarında İtaliyanın "Napoli" klubundan PSJ-yə keçib. Karyerası ərzində oyunçu Kazanın "Rubin" və Moskvanın "Lokomotiv" komandalarında oynayıb. Bu mövsüm onun hesabında 27 matçda yeddi qol və beş məhsuldar ötürmə var.
Oxşar xəbərlər
Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib
Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, günün ilk matçında "Kəpəz" səfərdə "Şəfa" ilə üz-üzə gəlib...