PSJ Mbappeyə 100 milyon avro ödəməlidir - Vəkili danışdı
PSJ klubu sabiq hücumçusu Kilian Mbappeyə 61 milyon avro deyil, təxminən 100 milyon avro məbləğində ödəniş etməlidir.
BAKU.WS-in məlumtına görə, bu barədə "RMC Sport" futbolçunun hüquqşünaslarına istinadən xəbər verib.
Mbappenin vəkili Toma Kleyin sözlərinə görə, bu məbləğ klub üçün təxminən 100 milyon avroya başa gələcək.
"Son bir il yarım ərzində Kilian Mbappeyə ödənilməli olan məbləğlər PSJ-yə vəsait toplamağa və həmin pulları transferlərə yönəltməyə imkan verib. Bu vəsaitlər Fransa dövlətinə, yəni vergiödəyicilərinə məxsusdur", – deyə hüquqşünas bildirib.
Bununla belə, qeyd olunur ki, PSJ-nin Mbappeyə ödəməli olduğu 61 milyon avrodan futbolçunun özünə xeyli az məbləğ çatacaq. Buna səbəb əməkhaqqı üzrə müxtəlif tutulmalar və vergilərdir.
Mbappenin digər vəkili Delfin Verheyden bildirib ki, bu məbləğə işəgötürənin sosial sığorta haqları və əməkhaqqı vergiləri daxildir:
"Futbolçu özü də vergi ödəməlidir. Təxminən desək, oyunçunun cibində 25–26 milyon avro qalacaq. Dövlət isə ümumi məbləğdən təxminən 75 milyon avro əldə edəcək. Hər halda, bu, kiçik məbləğ deyil".
Xatırladaq ki, cari ilin noyabrında Mbappenin PSJ-dən 263 milyon avro təzminat tələb etdiyi bildirilmişdi. Bu məbləğə müqavilə başa çatdıqdan sonra ödənilməyən maaş və bonuslar, həmçinin klubda ona qarşı rəftarla bağlı kompensasiya daxil idi. Dekabrın 16-da isə Parisin əmək mübahisələri üzrə məhkəməsi klubu Kilian Mbappeyə təxminən 61 milyon avro ödəməyə məcbur edib.
Oxşar xəbərlər
Messiyə 1,1 milyon dollarlıq saat hədiyyə edilib
"İnter Mayami"nin hücumçusu Lionel Messi Hindistana ilk turunun sonunda Anant Ambani tərəfindən təsis edilən Vantara - vəhşi təbiətin xilas edilməsi və mühafizə...