PSJ Lamine Yamal üçün futbol tarixinin ən böyük təklifini verməyə hazırlaşır
PSJ "Barselona"nın 18 yaşlı vingeri Lamine Yamala ciddi maraq göstərir.
BAKU.WS Goal.com-a istinadən xəbər verir ki, klub rekord məbləğdə yüksək səviyyəli transferi nəzərdən keçirir.
Yamalın Kataloniya klubu ilə müqaviləsi 2031-ci ilə qədərdir və 1 milyard dollarlıq sərbəst qalma maddəsini ehtiva edir. Buna baxmayaraq, parislilərin 2017-ci ildə Neymarı 257 milyon dollara aldığı zaman qoyduqları dünya rekordunu üstələyə biləcək təklifi nəzərdən keçirməyə hazır olduqları bildirilir.
PSJ nümayəndələrinin mümkün transferlə bağlı ilkin danışıqlar apardığı qeyd olunsa da, klub rəsmiləri hələlik bütün təklifləri rədd ediblər.
Məlumata görə, potensial transfer qiyməti 277 milyon dollara çata bilər.
Bu mövsüm Yamal "Barselona"nın heyətində 5 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Futzal üzrə Yüksək Liqada VII turun oyunları keçirilib
Futzal üzrə Yüksək Liqada VII turun oyunları keçirilib. BAKU.WS xəbər verir ki, günün ilk matçında "Neftçi" İK U-19 kollektivini 12:4 hesabı ilə üstələyib. Ardı...