Premyer Liqa: "Sumqayıt" "Neftçi"yə qalib gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XVI turunda "Sumqayıt" "Neftçi"yə qalib gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda ev sahibləri 2:0 hesablı qələbəyə sevinib.
Hesabı 20-ci dəqiqədə Kamran Quliyev açıb. Fasiləyə 2 dəqiqə qalmış isə Cordan Rezabala yekun hesabı müəyyənləşdirib.
Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Sumqayıt" altıncı pillədə yer alıb. "Neftçi" isə 13 xalla səkkizinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki görüşülərində "Araz-Naxçıvan" "Səbail"i 2:0, "Zirə" isə "Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində qalib müəyyənləşməyib - 1:1.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...