Premyer Liqa: "Neftçi" "Zirə" ilə heç-heçə edib
17
apr
2026
21:56
Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
BAKU.WS xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olub.
Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
63-cü dəqiqədə "ağ-qaralar"ın heyətində İmad Faraj fərqlənib. 90+5-ci dəqiqədə Brahim Konate "qartallar"ın bərabərlik qolunu vurub.
Xallarının sayını 44-ə çatdıran "Neftçi" beşinci pillədə qərarlaşıb. "Zirə" 45 xalla dördüncüdür.
Günün ilk görüşündə "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib.
Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq.
Oxşar xəbərlər
"Neftçi" "Qarabağ"la oyunda yenidən önə keçdi
"Qarabağ" - "Neftçi" oyununda hesab dəyişib. BAKU.WS xəbər verir ki, qonaqlar oyunun 34-cü dəqiqəsində Qustavo Klismanın qolu ilə hesabda önə keçiblər - 1:2. **...