Premyer Liqa: "Neftçi" "Qəbələ"ni 3:1 hesabı ilə üstələyib
Misli Premyer Liqasının XXIV turunda "Neftçi" komandası səfərdə "Qəbələ"ni məğlub edib. Qəbələ şəhər stadionunda keçirilən oyunda qonaqlar 3:1 hesablı qələbə qazanıblar.
BAKU.WS xəbər verie ki, "Ağ-qaralar"ın heyətində qolları Bassala Sambu (22), Emin Mahmudov (69 - penaltidən) və Murad Məmmədov (77) vurub. Ev sahibi komandanın yeganə qolunu isə Seydina Keyta (19 - penaltidən) hesablayıb.
Bu qələbə ilə xallarını 34-ə çatdıran "Neftçi" turnir cədvəlində altıncı pilləyə yüksəlib. "Qəbələ" isə 16 xalla on birinci sıradadır.
Tur çərçivəsində digər oyunlarda da qaliblər müəyyənləşib: "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı 2:1, "Şamaxı" "Sumqayıt"ı 1:0, "Sabah" "İmişli"ni 5:0, "Qarabağ" isə "Zirə"ni 3:1 hesabı ilə məğlub edib. "Kəpəz" və "Turan Tovuz" komandaları arasında görüş isə 1:1 hesabı ilə başa çatıb.
Oxşar xəbərlər
Qərb derbisində qalib müəyyənləşmədi
Misli Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən qərb derbisində qalib müəyyənləşməyib. BAKU.WS xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüş...