Porye son döyüşündə həmyerlisinə məğlub oldu

Porye son döyüşündə həmyerlisinə məğlub oldu
Foto Video
İdman 176

Amerikalı Dastin Porye UFC-318 turnirində həmyerlisi Maks Holloveyə məğlub olub.

BAKU.WS xəbər verir ki, döyüş beş raund davam edib və hakimlərin yekdil qərarı ilə - 48-47, 49-46, 49-46 - Holloveyin qələbəsi ilə başa çatıb.

Bu döyüş Porye üçün karyerasının son döyüşü olub.

Porye peşəkar səviyyədə 2009-cu ildən çıxış edib və UFC, WEC kimi döyüş təşkilatlarında iştirakı ilə tanınıb. O, UFC-nin yüngül çəki dərəcəsində keçmiş müvəqqəti çempionudur. Ümumilikdə 30 qələbə qazanmış Porye bu günkü məğlubiyyəti ilə karyerasında 10-cu dəfə uduzub.

Onun rəqibi - UFC-də BMF kəmərinin sahibi Maks Holloveydir. Maraqlıdır ki, Hollovey 2012-ci ildə UFC-də debüt döyüşünü məhz Porye ilə keçirmişdi və həmin döyüşdə boğucu fəndlə nokauta düşərək məğlub olmuşdu. Onlar 2019-cu ildə də qarşılaşmışdılar və həmin döyüşdə də hakimlərin yekdil qərarı ilə Porye qalib gəlmişdi.

Porye son döyüşündə həmyerlisinə məğlub oldu

Porye son döyüşündə həmyerlisinə məğlub oldu

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər