Osimhen "Qalatasaray"dan gedir? - Ulduz futbolçudan transfer açıqlaması
"Qalatasaray"ın "Çorum" ilə 2:2 hesablı heç-heçə etdiyi matçda 2 qol vuran Viktor Osimhen qarşılaşmadan sonra transfer iddiaları ilə bağlı sualı cavablandırıb.
BAKU.WS xəbər verir ki, nigeriyalı hücumçu mövsümün çətin keçəcəyini bildirib və "Qalatasaray" üçün əlindən gələni etməyə hazır olduğunu deyib.
Transferlə bağlı suala cavab verən Osimhen, "Transfer mövsümlərində söz-söhbətlər həmişə olur. Mən işimə baxacağam. İşimə fokuslanmışam. Daha irəlisini o zaman görər və düşünərik", - deyə bildirib.
Futbolçunun "daha irəlisini o zaman görər və düşünərik" sözləri onun gələcəyi ilə bağlı sualları artırıb. Osimhenin bu açıqlaması transfer məsələsində qapını tam bağlamadığı kimi şərh olunub.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib
"Neftçi" Azərbaycan Basketbol Liqasının II turunda "Ordu"nu məğlub edib. BAKU.WS xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş "Neftçi"nin 83:79 hesablı...