Osimhen "9" nömrəli formanı rədd etdi - Səbəbi diqqət çəkdi

Osimhen 9 nömrəli formanı rədd etdi - Səbəbi diqqət çəkdi
İdman 28

"Qalatasaray"ın yeni mövsüm öncəsi ulduz hücumçusu Viktor Osimhenlə bağlı maraqlı iddia gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, klub rəhbərliyi Mauro İkardidən sonra 9 nömrəli formanı nigeriyalı futbolçuya təklif edib.

İddialara əsasən, üzərində "9-Osimhen" yazılmış forma xüsusi olaraq hazırlanaraq futbolçuya təqdim edilib. Lakin Osimhen bu təklifi qəbul etməyərək yeni mövsümdə də 45 nömrəli formanı geyinmək istədiyini bildirib.

Məlumata görə, ulduz hücumçu rəhbərliyə "9 nömrəli forma ilə daha çox satış edə biləcəyinizi bilirəm. Amma 45 nömrə mənə uğur gətirib və eyni nömrə ilə davam etmək istəyirəm" deyib.

Bildirilir ki, "Qalatasaray" rəhbərliyi də futbolçunun qərarına hörmətlə yanaşıb.

Bundan başqa, baş məşqçi Okan Burukun yeni mövsümdə Osimheni komandanın kapitanlarından biri etməyi planlaşdırdığı da iddia olunur. Məlumata görə, Abdülkərim Bardakçının meydanda olmadığı oyunlarda Kaan Ayhan, Yunus Akgün və Barış Alper Yılmazla yanaşı, Osimhen də kapitan sarğısını taxa bilər.

Qeyd edək ki, Viktor Osimhen 45 nömrəli formanı ilk dəfə Belçikanın "Şarlerua" klubunda geyinib və məhz həmin nömrə altında Avropada parlaq çıxışı ilə diqqət çəkib. O, ötən mövsüm "Qalatasaray"ın heyətində 45 nömrəli forma ilə 37 qol vuraraq komandanın əsas hücum gücünə çevrilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər