Olimpiya və səkkizqat dünya çempionatının qalibi olan güləşçi 44 yaşında vəfat edib
19
iyl
2025
17:38
Qadın güləşi üzrə Olimpiya və səkkizqat dünya çempionatının qalibi olan Hitomi Obara 44 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) mətbuat xidməti məlumat yayıb.
Yaponiyalı idmançının vəfatının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Obara 2012-ci ildə İngiltərənin paytaxtı Londonda keçirilən Olimpiadada 48 kq çəki dərəcəsində qalib olub. Bundan başqa o, müxtəlif illərdə 8 dəfə dünya çempionatının qızıl medalını qazanıb.
Oxşar xəbərlər
Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi
Türkiyə milli futbol komandasının yeni baş məşqçisi Sergen Yalçın olub. BAKU.WS xəbər verir ki, 53 yaşlı mütəxəssislə 4 illik müqavilə üzrə razılıq əldə edilib....