Okan Burukdan Osimhenə xüsusi XƏBƏRDARLIQ: "Sakit qal"
"Qalatasaray" yeni mövsümün açılışını bu axşam "Çorum FK" ilə keçirəcək. Qarşılaşma öncəsi diqqətlər komandanın ulduz futbolçusu Viktor Osimhenə yönəlib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırlıq matçlarında rəqib futbolçularla bir neçə dəfə sərt mübahisə yaşayan nigeriyalı hücumçu ilə baş məşqçi Okan Burukun xüsusi söhbət etdiyi bildirilir.
Məlumata görə, Buruk 26 yaşlı forvarda meydanda daha sakit davranması ilə bağlı xəbərdarlıq edib və ondan emosiyalarını nəzarətdə saxlamağı istəyib.
Osimhenlə komanda kapitanı Abdülkərim Bardakçı və digər futbolçuların da söhbət etdiyi qeyd olunur. Komanda yoldaşları nigeriyalı hücumçunun "Qalatasaray" üçün əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, transfer dönəmində gələcəyi müzakirə olunan Osimhen Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun marağına baxmayaraq, İstanbul təmsilçisində qalıb.
Nigeriyalı ulduz "Qalatasaray" forması ilə indiyədək 74 oyunda 59 qol vurub. Osimhen İstanbul klubu ilə iki Türkiyə Super Liqası çempionluğu və bir Türkiyə Kuboku olmaqla üç titul qazanıb.
Oxşar xəbərlər
Azyaşlı azarkeşlər Koxalskini özündən çıxartdı - ANBAAN VİDEO
Ötən gün "Dinamo" ilə oyundan sonra stadiondan ayrılan "Qarabağ"ın qapıçısı Mateuş Koxalski ilə bir qrup azyaşlı azarkeş arasında insident yaşanıb. BAKU.WS xəbə...