Nurmaqomedov tənqid edildi: Döyüşləri maraqsız idi

Nurmaqomedov tənqid edildi: Döyüşləri maraqsız idi
İdman 37

UFC döyüşçüsü İliya Topuriya keçmiş yüngül çəkidə çempion Həbib Nurmaqomedovun döyüşlərini maraqsız hesab etdiyini bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə UFC döyüşçüsü İliya Topuriya "Red Corner MMA"ya müsahibəsində danışıb.

O əlavə edib ki, keçmiş UFC çempionu, rusiyalı Həbib Nurmaqomedov karyerası boyunca elə də baxımlı döyüşlər nümayiş etdirməyib.

"Son iki döyüşünə qədər Həbib baxımlı döyüşçü deyildi. Ona maraq daha çox məğlubedilməz qalması ilə bağlı idi. Hamı gözləyirdi ki, nə vaxtsa onu məğlub edəcək biri tapılacaq. Düzünü desəm, onun döyüş tərzi mənə heç vaxt xoş gəlməyib" – deyə Topuriya qeyd edib.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında Həbib UFC 229 turnirində Konor Makqreqoru məğlub edib. Döyüş dördüncü raundda başa çatıb. Həbib Nurmaqomedov sonuncu dəfə 2020-ci ilin payızında oktaqona çıxıb və UFC turnirində amerikalı Castin Qetjini məğlub edib. Həmin döyüşdən dərhal sonra o, anasına atasız döyüşməyəcəyinə söz verdiyini əsas gətirərək peşəkar karyerasını başa vurduğunu elan edib. Karyerasını bitirdikdən sonra Həbib "Eagle FC" promouşenini yaradıb.

34 yaşlı Konor Makqreqorun son döyüşü isə UFC 264 turnirində amerikalı Dastin Porye ilə olub. Qarşılaşma birinci raundda başa çatıb və nəticədə irlandiyalı döyüşçü ayağını sındırıb. 2026-cı ilin yanvarında Makqreqor Həbibi yenidən döyüşə çağırıb.

Son xəbərlər