Nurmaqomedov Maxaçevin növbəti döyüşünün tarixini açıqladı
UFC-nin yüngül çəkidə sabiq çempionu Həbib Nurmaqomedov bildirib ki, yarımorta çəkidə hazırkı çempion İslam Maxaçev növbəti döyüşünü 2026-cı ilin yayında keçirəcək.
BAKU.WS xəbər verir ki, Nurmaqomedovun sözlərini "Red Corner MMA" yayıb.
"İslam təxminən iyun və ya iyulda qayıdacaq. O, Ramazandan sonra döyüşəcək. Biz onun növbəti qarşılaşması üzərində işləyirik", – deyə Həbib əlavə edib.
Qeyd edək ki, Maxaçev son döyüşünü 2025-ci ilin noyabrında UFC 322 turnirində keçirib və hakimlərin yekdil qərarı ilə qalib gəlib. Onun qarışıq döyüş növlərində 28 qələbə və 1 məğlubiyyəti var.
Xatırladaq ki, bundan əvvəl Həbib Nurmaqomedov Pyotr Yan və Umar Nurmaqomedov haqqında danışarkən, idmançılar arasında qarşılıqlı antipatiyanın olduğunu bildirmişdi.
Oxşar xəbərlər
DÇ-2026-da ən bahalı yığma komanda hansıdır?
DÇ-2026-da mübarizə aparan ən bahalı yığma komandalar məlum olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb. Bildirilib...