Nurmaqomedov Luis Enrike ilə zarafat etdi - "Real"ın adını demədi
Rusiyalı keçmiş UFC çempionu Həbib Nurmaqomedov UEFA Çempionlar Liqasında qələbə qazanan PSJ-nin baş məşqçisi Luis Enrikeni meydanda təbrik edib, eyni zamanda Madridin "Real" klubunu da zarafatla yada salıb.
"Gəl, bir, iki, üç – Hala Madrid!" – deyə Nurmaqomedov məşqçi ilə birlikdə şüarı səsləndirməyə çalışıb, lakin Enrike sadəcə gülümsəyib.
Çempionlar Liqasının finalında parislilər Milanın "İnter" klubunu 5:0 hesabı ilə məğlub ediblər. Görüş Almaniyanın Münhen şəhərində yerləşən "Allianz Arena" stadionunda baş tutub.
Xatırladaq ki, Nurmaqomedov uzun illərdir Madrid "Real"ının azarkeşidir. Son döyüşünü 2020-ci ilin payızında amerikalı Castin Qetjiyə qarşı keçirib və qələbə qazandıqdan sonra idman karyerasını bitirdiyini açıqlayıb. O, bu qərarını atasının vəfatından sonra anasına verdiyi "onsuz döyüşməyəcəyəm" sözü ilə izah edib. Karyerasını başa vurduqdan sonra isə "Eagle FC" adlı döyüş təşkilatını yaradıb.
Khabib mengucapkan "Hala Madrid" kepada Luis Enrique 🤣🤣🤣🤣 pic.twitter.com/ZmBoVZlBIn
— ️️ ️️ (@realmadridindo1) June 1, 2025
Oxşar xəbərlər
UFC çempionu İslam Maxaçev Las-Veqasda Moraleslə döyüşəcək
Rusiyalı yüngül çəki üzrə UFC çempionu İslam Maxaçev növbəti döyüşünü Maykl Moraleslə keçirəcək. BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı "El Comercio" y...