Nurmagomedovu Mayk Tayson və Məhəmməd Əli ilə müqayisə etdilər
Məğlubedilməz UFC çempionu Həbib Nurmaqomedov əfsanəvi boksçular Məhəmməd Əli və Mayk Tayson qədər ikonik bir fiqurdur.
Bu barədə "Gazeta.ru"ya bloger və MMA döyüşçüsü Artyom Tarasov bildirib.
"Təbii ki, Həbib hələ də ikonik bir şəxsdir. Hamı bilir ki, o, məğlubedilməz çempion olaraq qalır. Bizdə Fyodor Yemelyanenko olub, amma Həbibin yolu daha möhtəşəm idi. Onun döyüşçüləri UFC-də mütəmadi iştirak edir. Təbii ki, onun hər bir hərəkəti diqqət çəkir və böyük maraq doğurur," - deyə Tarasov vurğulayıb.
Bloger Nurmaqomedovun ABŞ-də təyyarədən düşürülməsi ətrafında yaranan ajiotajı onun hələ də çox populyar olması ilə əlaqələndirib:
"Bu, onun məşhur adı üzərindən spekulyasiyadır. Həbib artıq neçə müddətdir döyüşmür, amma illərdir döyüş sənətləri dünyasında bir nömrədir. O, bizim Mayk Taysonumuz, bizim Məhəmməd Əlimizdir," - deyə Tarasov fikrini tamamlayıb.
Oxşar xəbərlər
Sabalenka "San-Siro"da görüntüləndi - Geyimi ilə diqqət çəkdi
Belaruslu tennisçi Aryna Sabalenka ABŞ Açıq çempionatının finalında yaşadığı məğlubiyyətdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. BAKU.WS xəbər verir ki,...