Nurəddin Rəcəbov: "Komandamız Avropanın ən güclüsü olub"
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatının bütün təlim-məşq toplantılarında iştirak edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Nurəddin Rəcəbov Albaniyada keçirilən Avropa çempionatından sonra Bakıya qayıdarkən hava limanında jurnalistlərə açıqlayıb.
"Komanda olaraq çox yüksək hazırlığımız keçib. Demək olar ki, ardıcıl olaraq bütün təlim-məşq toplantılarında iştirak etdik. İdmançılarımız arasında zədəli olanlar da var idi", - o bildirib və əlavə edib ki, yığma komanda olaraq qazanılan qələbə böyük əziyyətin nəticəsidir:
"Bu oyunlara böyük inamımız var idi. Fürsətdən istifadə edərək hər bir idmançımıza təşəkkür edirəm. Komandamız bu hesabla Avropanın ən güclüsü olub. Bu güc idmançıların qazandığı xallar hesabına idi. Bundan sonrakı oyunlara da ciddi hazırlaşıb, etdiyimiz səhvlər üzərində işləyəcəyik. Həsrət Cəfərov tarix yazıb. Cəfərovun o qədər geniş perspektivi var ki, o uğuru əldə etməli idi.
Qeyd edək ki, Albaniyadakı uğurlu çıxışdan sonra Azərbaycanln yığma komandası Bakıya qayıdıb.
Oxşar xəbərlər
Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - Tarixi turnirə geri sayım başladı
Futbol dünyası növbəti böyük bayrama hazırlaşır. Planetin ən populyar idman növünün zirvə yarışı hesab edilən dünya çempionatı tarixdə ilk dəfə üç ölkənin - ABŞ...