Norveç millisinin baş məşqçisi dünya çempionatını "eybəcərlər şousu" adlandırdı
Norveçin futbol üzrə yığmasının baş məşqçisi Stole Solbakken 2026-cı il üçün dünya çempionatının püşkatmasını "eybəcərlər şousu" adlandırıb.
Oxu.Az xəbər verir ki, məlumatı NRK yayıb.
"Bu, bir növ eybəcərlər şousudur. Sanki keçmişin ulduzlarının və öz kumirlərinizin futbol şəkilləri olan albomu vərəqləyirsən. Deməliyəm ki, mərasim əyləncə sarıdan korluq görmədi. Xoşbəxtlikdən, bu mərhələ artıq yekunlaşdı", - S.Solbakken deyib.
Növbəti futbol üzrə dünya çempionatı 2026-cı il iyunun 11-də başlayacaq və üç ölkədə - ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə 48 milli komanda iştirak edəcək.
Oxşar xəbərlər
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. BAKU.WS xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin...