Neymar "Barselona"ya qayıdacaq? - Klub rəsmisi son nöqtəni qoydu

"Əl-Hilal"ın braziliyalı hücumçusu Neymarın Kataloniya klubuna qayıdıb-qayıtmayacağı məlum olub.
BAKU.WS "Championat.com"a istinadən xəbər verir ki, bu barədə "Barselona"nın idman direktoru Deko açıqlama verib.
"Neymarın "Barselona"ya qayıtması ilə bağlı söhbətlər həmişə olub. Bilirik ki, o, Səudiyyə Ərəbistanına köçdüyündən çox bahalı oyunçudur. Neymar formada olanda dünyanın ən güclü futbolçularından biridir. İstənilən klubda xoş qarşılanırdı. Heç nəyi istisna etmək olmaz, amma düşünürəm ki, o, indi Braziliyaya qayıdacaq. Ən əsası odur ki, yenidən futbol oynamalıdır. Bu həm ona, həm də başqalarına sevinc bəxş edəcək. Onun planlarının nə olduğunu bilmirəm, amma ən əsası xoşbəxt olmasıdır", - Deko bildirib.
Xatırladaq ki, bu mövsüm Neymar "Əl-Hilal"ın heyətində bütün yarışlarda iki oyun keçirsə də, qol vura bilməyib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.
Oxşar xəbərlər
AFFA rəsmisi: "Sabah"ın UEFA Konfrans Liqasında azarkeşləri sevindirəcəyinə inanıram"
"Sabah" UEFA Konfrans Liqasında uğurlu nəticələr əldə etməklə azarkeşləri sevindirəcək. Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadı...