Neymar 46 milyon dollarlıq ev aldı - Avtomobili birbaşa yaşadığı mərtəbəyə qalxacaq

Neymar 46 milyon dollarlıq ev aldı - Avtomobili birbaşa yaşadığı mərtəbəyə qalxacaq
Video
İdman 120

"Santos"un hücumçusu Neymar Dubayda lüks mənzil alıb.

BAKU.WS xəbər verir ki, o bu ev üçün 46 milyon dollar (78 milyon 200 min AZN) ödəyib.

Məlumata görə, sözügedən əmlak şəhərin ən prestijli bölgələrindən birində yerləşir və yüksək səviyyəli komfortu ilə seçilir.

Bu binanı digərlərindən fərqləndirən əsas xüsusiyyət isə xüsusi avtomobil lift sistemidir.

Belə ki, mənzil sahibi avtomobilini birbaşa yaşadığı mərtəbəyə qaldıra bilir. Bu texnologiya həm təhlükəsizlik, həm də maksimum rahatlıq baxımından diqqət çəkir.

Geniş panoramik şəhər mənzərəsi olan ev "üst seqment" həyat tərzinin simvolu hesab olunur.

Ekspertlərin fikrincə, Neymarın bu addımı Dubayın beynəlxalq ulduzlar və böyük investorlar üçün cəlbedici mərkəz olaraq mövqeyini daha da gücləndirir.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: Bütün 1/8 finalçılar müəyyənləşib

UEFA Çempionlar Liqası: Bütün 1/8 finalçılar müəyyənləşib

Avropanın ən nüfuzlu klub turnirində pley-off mərhələsinin cavab oyunları başa çatıb və 1/8 finala yüksələn bütün komandalar müəyyənləşib. BAKU.WS xəbər verir k...

234 İdman 08:08 26 fevral 2026

Son xəbərlər