"Neftçi" və "Zirə"nin Avropa oyunlarının hakimləri müəyyənləşdi
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq Azərbaycan təmsilçiləri "Neftçi" və "Zirə"nin ilk oyunlarına təyinat alan hakimlər açıqlanıb.
BAKU.WS "Neftçi"nin Belarusun "Dinamo" (Minsk) klubuna qarşı Bakıda keçirəcəyi ilk görüşü Kiprdən olan FIFA referisi Konstantinos Fellas idarə edəcək. Ona yan xətt hakimləri Marios Kaloqirou və Giorgios Çaralampous köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Konstantinos Neofytou yerinə yetirəcək. İyulun 22-də "Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
"Zirə"nin Estoniyanın "Payde" komandasına qarşı səfərdə keçirəcəyi ilk matç isə moldovalı FIFA referisi Roman Jitariyə həvalə olunub. Ona Viktor Mardari və Andrey Bodean assistentlik edəcəklər, dördüncü hakim olacaq Andrey Brequta. Qarşılaşma iyulun 23-də Parnu şəhərində Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Roman Jitari cari mövsüm UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda keçirilən "Qarabağ" – "Vestri" matçını da idarə etmişdi. Həmin görüşdə Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanmışdı.
Oxşar xəbərlər
Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər
Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət millisi İsveçrənin Sant Qallen şəhərində keçiriləcək "Swiss Open" beynəlxalq turnirində mübarizə aparacaqlar. Azər...