Nazim Sadıxov UFC-də ilk məğlubiyyətini aldı
07
dek
2025
10:01
Azərbaycanlı qarışıq döyüş ustası Nazim Sadıxov ABŞ-nin Las-Veqas şəhərində baş tutan UFC 323 yarışı çərçivəsində növbəti döyüşünü keçirib.
BAKU.WS xəbər verir ki, 31 yaşlı idmançı bu dəfə Fransanı təmsil edən Fares Ziam ilə qarşılaşıb.
Sadıxov gərgin keçən döyüşün ikinci raundunda rəqibin zərbəsi ilə nokauta düşərək görüşü uduzub.
Bu nəticə Nazim Sadıxovun UFC-də keçirdiyi 6 görüş ərzində ilk məğlubiyyəti olub.
Oxşar xəbərlər
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
"Neftçi" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb. BAKU.WS xəbər verir ki, "ağ-qaralar" IV turda "Şəfa"nı məğlub edib - 4:1. Meydan sahiblərinin qolla...