Nazim Sadıxov: "Azərbaycanda məni məğlub etmək istəyən tapança ilə gəlməlidir"
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilən turnirində qələbə qazanan Nazim Sadıxov təəssüratlarını bölüşüb.
"Report"un məlumatına görə, o, qalib gəldiyi görüşdən sonra açıqlama verib.
N.Sadıxov Azərbaycanda onu məğlub etməyin çox çətin olduğunu deyib:
"Azərbaycandayıq. Məni kimsə burada məğlub etmək istəyirsə, tapança ilə gəlməlidir. Burada ancaq qələbə qazanmalıydım. Rəqibim də kifayət qədər güclü idi. Məni məğlub edə bilmədi. Çünki biz Azərbaycandayıq. Ölkəm üçün canımı verərəm. Mənim ürəyim Azərbaycanla döyünür".
Qeyd edək ki, Nazim Sadıxov braziliyalı Nikolas Mottanı məğlub edib.
Oxşar xəbərlər
Dünya növbəti pandemiyanın astanasındadır? - "Yeni öldürücü ştamın ortaya çıxacağı mütləqdir"
Professor Adil Qeybulla bildirib ki, COVID-19-dan əvvəl alimlərin qarşıda yeni qrip pandemiyasının olacağı ilə bağlı elmi proqnozları var idi. Ekspertin sözlər...