Monteneqro millisinin üzvü dünya çempionatında Azərbaycanla qarşılaşmaq istəyir
Dünya çempionatının yarımfinalında Azərbaycanla qarşılaşmaq istəyərdim.
Bunu "Report"a açıqlamasında minifutbol üzrə Monteneqro millisinin oyunçusu Goran Nenezic deyib.
O, Bakıda təşkil olunan mundialın 1/4 final mərhələsində Çexiyaya qalib gəldikləri oyun barədə danışıb:
"Bizim üçün çətin görüş alındı. Əsasən oyunumuzu müdafiədən qururduq. Şükürlər olsun ki, sonda istəyimizə çatdıq. Çexiya çox güclü komandadır. Yarımfinaldakı rəqibimiz İngiltərə - Azərbaycan cütünün qalibi olacaq. Açığı, ev sahibi olan Azərbaycanla qarşılaşmaq maraqlı olardı".
Qeyd edək ki, Monteneqro yığması 1/4 finalda Çexiya seçməsini 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Oxşar xəbərlər
UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli olub
UEFA Gənclər Liqasında 2026/2027 mövsümünün Çempionlar yolunun püşkatma mərasimi keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Qarabağ"ın U-19 komanda...