Minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisi mükafatlandırılıb
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasimi keçirilib.
Milli Gimnastika Arenasında baş tutan tədbirdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda, vitse-prezidenti Peter Kralik, Azərbaycan Minifutbol Federasiyasının prezidenti (AMF) Orxan Məmmədov, vitse-prezident Taleh Nəsibov, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər iştirak ediblər.
Açılışda ön sözlə çıxış edən Fərid Qayıbov mundialın ölkəmizdə yüksək səviyyədə təşkil olunmasından danışıb və qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Ardınca söz AMF-nin rəhbəri Orxan Məmmədova verilib. Yarış boyunca əziyyət çəkən hər kəsə öz təşəkkürünü bildirən qurum rəhbəri Bakının möhtəşəm yarışa ev sahibliyi etdiyini vurğulayıb.
Daha sonra mundialın qalibi olan Azərbaycan yığması qızıl medal və kubokla təltif edilib. İkinci yerin sahibi olan Macarıstan futbolçuları gümüş, üçüncü olan Serbiya komandası isə bürünc medallarla mükafatlandırılıb.
Qalereya
Oxşar xəbərlər
Norveç millisinin baş məşqçisi dünya çempionatını "eybəcərlər şousu" adlandırdı
Norveçin futbol üzrə yığmasının baş məşqçisi Stole Solbakken 2026-cı il üçün dünya çempionatının püşkatmasını "eybəcərlər şousu" adlandırıb. Oxu.Az xəbər verir...