Minifutbol üzrə dünya çempionatı: 1/4 finalın bütün cütləri müəyyənləşib
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.
BAKU.WS xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında baş tutan qarşılaşmalarda daha 4 komanda 1/4 finala vəsiqə qazanıb.
Monteneqro Polşa üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Tailand isə Bosniya və Herseqovina ilə matçda hesabı açmasına baxmayaraq, sonradan 3 qol buraxaraq mübarizəni dayandırmalı olub. İsrail Çexiyaya böyük hesabla uduzub - 0:4. 1/8 final mərhələsinin son matçında Gürcüstan millisi Serbiyaya 3:2 hesabı ilə məğlub olub.
Dünya çempionatı
1/4 final
Macarıstan - Mavritaniya
Monteneqro - Çexiya
İngiltərə - Azərbaycan
Bosniya və Herseqovina - Serbiya
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları sabah baş tutacaq.
Oxşar xəbərlər
Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb
"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb. Bu barədə BAKU.WS-ə Peşəkar Futbol Liqasından məlumat verilib...