Millətlər Liqası: Azərbaycan yığması ilk xalını qazanıb
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ilk xalını qazanıb.
Qəbələ şəhər stadionundakı C Liqasının I qrupunun oyunu qolsuz heç-heçə ilə yekunlaşıb.
Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma sonuncu - VI turun görüşündə səfərdə İsveçlə qarşılaşacaq. Matç noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
***18:00
UEFA Millətlər Liqasının Azərbaycan - Estoniya matçına start verilib.
C Liqasının I qrupunun görüşü Qəbələ şəhər stadionunda keçirilir.
Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edir.
Oxşar xəbərlər
Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər
Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət millisi İsveçrənin Sant Qallen şəhərində keçiriləcək "Swiss Open" beynəlxalq turnirində mübarizə aparacaqlar. Azər...