Mikayıl Cabbarov: "Güləşçilərimiz 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırdılar"

Mikayıl Cabbarov: Güləşçilərimiz 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırdılar
Foto
İdman 11

Azərbaycan güləşçiləri 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırıblar.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Qurum rəhbəri VI İslam Həmrəyliyi Oyunlarında medal qazanmış güləşçiləri təbrik edib:

"Güləşçilərimiz 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırdılar. Komandamız Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən İslam Həmrəyliyi Oyunlarında parlaq çıxış edərək 11 medal (2 qızıl, 5 gümüş və 4 bürünc) qazandı. Bu nailiyyət münasibətilə idmançılarımızı, onların məşqçilərini və valideynlərini ürəkdən təbrik edir, növbəti ildə uğurların davamını diləyirik".

Qeyd edək ki, İslamiadada Azərbaycan güləşçilərindən Jalə Əliyeva və Arseniy Djioyev qızıl, Həsrət Cəfərov, Murad Əhmədiyev, Ruzanna Məmmədova, İslam Bazarqanov, Ağanəzər Novruzov gümüş, Elnurə Məmmədova, Nigar Mirzəzadə, Maqomedxan Maqomedov, Giorgi Meşvildişvili bürünc mükafata sahib çıxıblar.

Son xəbərlər