Messinin "Barselona"ya qayıtmaq istədiyi məlum olub

Argentina millisinin və "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi "Barselona"ya qayıtmaq istəyir.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Aleks Kandalın sözlərinə istinadən DSports məlumat yayıb.
Mənbənin məlumatına görə, Messi yenilənmiş "Kamp Nou" stadionunda oynamadan karyerasını bitirmək istəmir. Onun MLS mövsümü başa çatdıqdan sonra icarə əsasında yenidən Kataloniya klubuna qoşulacağı gözlənilir.
Xatırladaq ki, Messi "Barselona"nın yetirməsidir. O, 2004-2021-ci illər ərzində əsas komandada çıxış edərək 778 matçda 672 qol vurub və 303 qol ötürməsi edib. Kataloniya klubu ilə 10 dəfə La Liqa çempionu, 4 dəfə Çempionlar Liqası qalibi, 7 dəfə İspaniya Kubokunun, 8 dəfə isə Superkubokun sahibi olub.
Oxşar xəbərlər
Kubok qazansa da işdən çıxarıldı
"Tottenhem"in baş məşqçisi Ancelos Postekoqlou klubun Avropa Liqasının finalında qazandığı tarixi qələbəyə baxmayaraq, postunu tərk edib. BAKU.WS xəbər verir ki...
