Messi və komanda yoldaşlarının Bakı tədbirinə bir gündə 10 mindən çox bilet satılıb
05
dek
2024
21:00
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi və komanda yoldaşlarının Bakıda iştirak edəcəyi tədbirə gün ərzində 10 000-dən çox bilet satılıb.
Görüş dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq.
Messi ilə birlikdə tədbirdə dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba da iştirak edəcəklər.
Tədbirdə dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu yaddaqalan ritmlərlə musiqili proqramla çıxış edəcək.
Qeyd edək ki, satılan biletlərdən əldə olunan gəlir xeyriyyə məqsədilə sərf olunacaq.
Oxşar xəbərlər
Əfran İsmayılova yeni vəzifə verildi
Azərbaycan milli komandasının sabiq futbolçusu Əfran İsmayılov "Şəfa" klubunun vitse-prezidenti vəzifəsinə təyin edilib. BAKU.WS xəbər verir ki, bu barədə klubu...