Messi bu gənc futbolçunu özünə bənzədir
Lionel Messi gənc futbolçular arasında özünü ən çox xatırladan oyunçunun adını açıqlayıb.
BAKU.WS xəbər verir ki, o bu barədə jurnalist Pollo Alvaresə müsahibəsində danışıb.
Argentinalı ulduz bildirib ki, yeni nəsildə ona ən çox bənzəyən futbolçu Lamin Yamaldır:
"Yeni nəsil oyunçular arasında düşünürəm ki, mənə ən çox öz karyeramın başlanğıc dövrünü xatırladan Lamin Yamaldır. Bununla bağlı heç bir şübhəm yoxdur. Mənim üçün Lamin bu yeni nəslin ən yaxşısıdır. Həm indiyədək etdiklərinə, həm də qarşıda onu gözləyən gələcəyə görə".
Qeyd edək ki, 17 yaşlı Yamal hazırda "Barselona"nın əsas heyətində çıxış edir və futbol dünyasının ən böyük istedadlarından biri hesab olunur.
Oxşar xəbərlər
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq. BAKU.WS xəbər verir ki, bu barədə AFFA prezidenti...