Məşhur boksçu Nigeriyada avtomobil qəzası keçirib
29
dek
2025
19:47
Britaniyalı məşhur boksçu Entoni Coşua Nigeriyada avtomobil qəzası keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, idmançı qəzadan kiçik xəsarətlərlə qurtulub.
Hadisə Laqos-İbadan yolunda, boksçunun da içində olduğu avtomobilin yolda dayanan yük maşınına çırpılması nəticəsində baş verib.
Yerli KİV-lərin məlumatına görə, E.Coşua avtomobilin arxa oturacağında olub. Qəza zamanı maşında olan 4 nəfərdən ikisinin öldüyü bildirilib.
Oxşar xəbərlər
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi
Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...