Mbappe Azərbaycanla oyunu buraxacaq - Zədələndi
14
noy
2025
16:16
Fransa millisinin lideri Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçiriləcək görüşdə iştirak etməyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə məşhur futbol insayderi Fabritsio Romano açıqlama verib. Onun sözlərinə görə, Mbappenin sağ topuğunda yaranan ağrı səbəbindən hücumçu matç üçün heyətə daxil edilməyəcək.
Xatırladaq ki, Azərbaycan - Fransa qarşılaşması noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və oyun saat 21:00-da start götürəcək.
Oxşar xəbərlər
Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub
Azərbaycanın deflimpiya cüdoçusu Coşqun Əliyev İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən "Ecole Mont-Olivet Deaf Judo Masters Top 18" turnirində qızıl med...