Mbappe Azərbaycan millisi ilə matçda ZƏDƏLƏNDİ - Gələn oyunu buraxacaq
Fransa millisinin baş məşqçisi Didye Deşam komandanın kapitanı və hücumçusu Kilian Mbappenin yenidən topuq nahiyəsindən zədə aldığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə məşqçinin sözlərini futbol jurnalisti Fabrisio Romano "X" sosial şəbəkəsində paylaşıb.
Zədə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirilən oyunda (3:0) baş verib. "Real Madrid"in hücumçusu görüşün 83-cü dəqiqəsində əvəzlənib.
"Mbappe eyni yerdən ikinci dəfə zədə alıb. O, istirahət etdikcə ağrılar azalır, amma matç zamanı rəqiblə təmas qaçılmazdır. Hazırda vəziyyəti qiymətləndiririk. Kilian narahatlıq hiss edir və bu, heç də xoş xəbər deyil", – Deşam bildirib.
Bundan başqa, ulduz futbolçu zədəsinə görə 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində İslandiya yığmasına qarşı keçiriləcək qarşıdakı oyunda iştirak etməyəcək.
Qeyd edək ki, Fransa millisi həmin görüşdə Azərbaycan üzərində 3:0 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Azərbaycan Yüksək Liqası: "Abşeron" və "DH Volley" kollektivləri qələbə qazanıb
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş...