Marko Yankoviç: "Napoli" ilə matçda maksimum gücümüzü ortaya qoyacağıq"
"Qarabağ"ın futbolçuları "Napoli" (İtaliya) ilə matçda maksimum güclərini ortaya qoyacaqlar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Marko Yankoviç mətbuat konfransında deyib.
Yarımmüdafiəçi səfərdə İtaliya təmsilçisi "Napoli"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Napoli güclü komandadır. Son İtaliya çempionuna qarşı mübarizə aparacağıq. Düşünürəm ki, maraqlı qarşılaşma olacaq. Biz öz oyunumuzu göstərəcəyik. Maksimum gücümüzü ortaya qoyacağıq. Böyük komandalara qarşı matçlarda uda da bilərsən, uduzada bilərsən. Bütün suallara sabah aydınlıq gələcək".
Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Oxşar xəbərlər
DÇ-2026-nın ən məhsuldar komandası hansı olacaq?
İyunun 11-də start götürəcək futbol üzrə 2026-cı il Dünya çempionatında ən çox qol vuracaq komandanın hansı olacağı maraq doğuran mövzulardan biridir. BAKU.WS-...