"Mançester Yunayted" yayda onları transfer etməyi planlaşdırır
"Mançester Yunayted" yay transfer dönəmində "Vest Hem" klubunun iki futbolçusunu heyətinə qatmağı planlaşdırır.
BAKU.WS xəbər verir ki, "qırmızı şeytanlar" London təmsilçisinin Premyer Liqanı tərk edəcəyi halda Carrod Bouen və Mateuş Fernandeşin transferi üçün rəsmi addımlar ata bilər.
Bildirilir ki, Mançester təmsilçisi xüsusilə Mateuş Fernandeşin keçidində daha maraqlıdır. "Vest Hem"in portuqaliyalı yarımmüdafiəçi üçün təxminən 50 milyon funt-sterlinq tələb edə biləcəyi qeyd olunur.
Qeyd edək ki, Carrod Bouen 2020-ci ildən, Mateuş Fernandeş isə 2025-ci ildən "Vest Hem"in formasını geyinir.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
Misli Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb. BAKU.WS Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley XXXIII turun "Sumqayıt"...