"Mançester Yunayted" Vinisius üçün yeganə real seçimdir - Romen Molina
Madrid "Real"ı braziliyalı ulduz futbolçusu Vinisius Juniorun gələcəyi ilə bağlı qəti mövqe sərgiləyib.
BAKU.WS xəbər verir ki, bu barədə tanınmış jurnalist Romen Molina məlumat yayıb.
Mənbənin iddiasına görə, Madrid təmsilçisi 26 yaşlı hücumçuya seçim təqdim edib: ya klubla yeni müqavilə imzalayacaq, ya da yay transfer pəncərəsində satışa çıxarılacaq.
Molina bildirir ki, Vinisiusun "Real"dan ayrılacağı təqdirdə transferini maliyyə baxımından reallaşdıra biləcək yeganə klub İngiltərənin "Mançester Yunayted"idir. Hazırda Premyer Liqa təmsilçisi braziliyalının karyerasını davam etdirə biləcəyi yeganə real variant kimi qiymətləndirilir.
Qeyd edək ki, Vinisius Junior ötən mövsüm bütün turnirlərdə "Real"ın heyətində 59 oyunda meydana çıxıb. O, bu görüşlərdə 23 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliyalı futbolçunun Madrid klubu ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.
Oxşar xəbərlər
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillərin növbəti seçimi olub
Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yexlax şəhərlərində inşa etdiyi yaşayış kompleklərindəki güzəştli mənzillərin seçimi həyata...