"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi
"Mançester Yunayted" yayda yarımmüdafiəçi Bruno Fernandeşi satmağı planlaşdırmır.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalist və insayder Ben Ceykobs "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Qırmızı şeytanlar" Portuqaliya millisinin üzvünü hələ də komandada saxlamaq istəyir.
Qeyd edək ki, Fernandeş emosional çıxış edərək klubun yay transfer pəncərəsində onunla yolları ayırmağa hazır olduğunu demişdi. Həmin dövrdə Brunonun Səudiyyə Ərəbistanının hansısa klubuna keçə biləcəyi ilə bağlı şayiələr yayılmışdı.
İnsayderin məlumatına görə, Səudiyyə Ərəbistanından maraq hələ də qalır, lakin yarımmüdafiəçi yayda "Mançester Yunayted"dən ayrılmamaq və Avropada çıxışını davam etdirmək qərarı verib.
Cari mövsümdə portuqaliyalı futbolçu bütün turnirlər üzrə klubun heyətində keçirdiyi 17 oyunda 5 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında yarımfinal cütləri məlum olub
Azərbaycan Basketbol Liqasında (ABL) pley-off mərhələsinin sonuncu 1/4 final oyunları keçirilib. BAKU.WS xəbər verir ki, günün ilk oyununda "Neftçi" əlavə vaxtı...