Luis Suares stadion işçisinin üzünə tüpürdü
"İnter Mayami"nin uruqvaylı hücumçusu Luis Suares Liqa Kubokunun final matçı bitdikdən sonra "Sietl"in əməkdaşına tüpürüb.
BAKU.WS xəbər verir ki, hadisə ötən gecə baş verib.
Belə ki, "Sietl" - "İnter" oyunu Bakı vaxtı ilə avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Sietldəki (ABŞ, Vaşinqton) "Lumen Field" arenasında baş tutub və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Final fitindən sonra meydançaya qaçan futbolçularla hər iki komandanın məşqçiləri və əməkdaşları arasında kütləvi dava düşüb. Bu zaman 38 yaşlı Suares "Sietl" işçilərindən biri ilə şifahi mübahisə etdikdən sonra onun üzünə tüpürüb.
Qeyd edək ki, Liqa Kuboku 2019-cu ildən bəri Major League Soccer (ABŞ və Kanada) və Liga MX (Meksika) klubları arasında keçirilən Şimali Amerika futbol turniridir. Keçən mövsümdə turnirin qalibi "Columbus Crew" olub.
Oxşar xəbərlər
FIFA-dan irqçiliyə qarşı sərt addım: Bir hərəkət matçı yarımçıq qoya bilər
Futbol üzrə dünya çempionatında hakimlərin diqqətini irqçilik hallarına cəlb etmək üçün xüsusi jest tətbiq olunacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,...