Luis Suares 6 oyunluq cəzalandırılıb
06
sen
2025
15:00
ABŞ-nin "İnter Mayami" və Uruqvay millisinin hücumçusu Luis Suares 6 oyunluq cəzaya məruz qalıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Liqalar Kubokunun finalında məğlubiyyətdən sonra "Sietl Saunders" klubunun əməkdaşlarından birinə tüpürməsi olub.
Suares hadisədən sonra üzr istəsə də, baş verən dava nəticəsində "Sietl Saunders"in məşqçisi Stiven Lenhart 5, "İnter Mayami"nin Tomas Aviles 3 və Serxio Buskets 2 oyunluq cəzalandırılıb. Görüş isə "Sietl Saunders"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Alufar IRONMAN 70.3 Baku" yarışı ilə əlaqədar Bakıda idman bayramı yaşanıb
Sentyabrın 5-də Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı paytaxtda əsl idman bayramına çevrilib. BAKU.WS xəbər verir ki, "Alufar I...