Luis Enrike velosipeddən yıxıldı - Körpücük sümüyü sındı
06
sen
2025
11:00
PSJ-nin baş məşqçisi Luis Enrike velosiped qəzası keçirib və nəticədə körpücük sümüyünü qırıb.
BAKU.WS-in Fransa mediasına istinadən yaydığı xəbərə görə, ispaniyalı mütəxəssis dərhal xəstəxanaya aparılıb.
Məlumata əsasən, Enrikenin əməliyyat olunacağı gözlənilir.
Xatırladaq ki, L. Enrike 2023-cü ilin yayında Paris təmsilçisinə baş məşqçi gətirilib. Onun rəhbərliyi ilə komanda ötən mövsüm Çempionlar Liqasının, Fransa çempionatının, ölkə kubokunun və superkubokunun qalibi olub.
Oxşar xəbərlər
Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi
Türkiyə milli futbol komandasının yeni baş məşqçisi Sergen Yalçın olub. BAKU.WS xəbər verir ki, 53 yaşlı mütəxəssislə 4 illik müqavilə üzrə razılıq əldə edilib....